Xalqımızın qəhrəman oğlu Vüqar Sadıqovun anım günüdür

15 yanvar 2019-cu il tarixi Vətənimizin bir parçası olan Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn xalqımızın qəhrəman oğlu Vüqar Sadıqovun anım günüdür.Məktəbimizin şagirdləri bu gün xalqımızın qəhrəman oğlunun əziz xatirəsini yad etmiş, onun büstü önünə gül-çiçək, əklil qoymuşlar.
Sadıqov Vüqar Xalıqverdi oğlu 1968-ci il aprelın 15-də Ermənistanın Urud kəndində anadan olmuşdur. Tam orta təhsilini Urud kəndində alan Vüqar 1986-cı ildə Bakı Dövlət Universitetinin mexanika – riyaziyyat fakültəsinə daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirmişdir.
İlk əmək fəaliyyətinə 1993-cü ildən, Nizami rayonu 238 №-li məktəbdə müəllim kimi başlamışdır. 1 ay işlədikdən sonra könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ön cəbhəyə yola düşmüşdür. 1994-cü il yanvarın 13-də Yuxarı Salahlı kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Yanvarın 15-də onun cənazəsi valideynlərinə təhvil verilmişdir.
2002-ci ildən məktəbimiz Vətənimizin şəhid oğlu Vüqar Sadıqovun adını daşıyır. Xalqımız öz qəhrəman övladı ilə fəxr edir.