Fənn aylıqları tədris sahəsində də öz bəhrəsini verməkdə davam edir

Məktəbimizdə ən-ənə halını almış fənn aylıqları tədris sahəsində də öz bəhrəsini verməkdə davam edir. Şagirdlərimiz öz bilik, bacarıq və qabiliyyətlərini nümayiş etdirməklə yanaşı istedadları ilə də fərqlənirlər. Müəllimlərimiz nümunəvi dərslərin köməyi ilə gənc kadrları sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətin səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin öyrənilməsi prosesinə cəlb edirlər.
İngilis dili aylığı çərçivəsində bu fənnin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması qarşıya qoyulan ən başlıca məqsəddir.
Fənn müəllimləri keçirilmiş ingilis dili gecəsində balaca istedadlarının məharətləri ilə fəxr edə bilərlər. İngilis dili gecəsində yaşananlarla sizlər də tanış olun.