31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günüdür

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günüdür! Dünya azərbaycanlılarının Həmrəylik gününün əsası 1989 - cu ildə qoyulmuşdur. 
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalaraq iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşmışlar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Bu bayram dünyanın 70 - dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işinə xidmət etmişdir. İndi Həmrəylik gününü miliyyətcə azərbaycanlı olmayan, lakin Azərbaycanda doğulub, böyümüş, Azərbaycan əsilli digər xalqların nümayəndələri də qeyd edirlər.
Bu körpünü yaradanlardan biri də məktəbimizin balaca səfiri 8-ci sinif şagirdi Səfərzadə Humaydır. Uğurların bol olsun Humay!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi