“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda seminar keçirilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsi planlaşdırılmışdır. Belə dərslərdən biri də məktəbimizdə təşkil olunmuşdur.
Dərslərin təşkilində əsas məqsəd ulu öndərimizin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderimizin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.
Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edəcəkdir.