Məktəb kitabxanasında kitab sərgisi təşkil edilmişdir

Kitab bilik mənbəyidir. Kitab mənəvi dəyərlərimizin daşıyıcısıdır. Zaman – zaman öyrənmək istədiklərimizi kitablarda axtarmışıq. Tarixin müxtəlif dönəmlərində baş verən hadisələr də kitab səhifələrində öz əksini tapmışdır. Xalqının taleyində önəmli rol oynayan dahilərin yaradıcılığı, əməlləri və ideyaları haqqında məlumatları da kitablardan almaq olar.
Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalan dahi şəxsiyyət Heydər Əliyev irsini də kitablardan öyrənmək olar. Bu məqsədlə məktəb kitabxanasında kitab sərgisi təşkil edilmişdir. Kitablarla maraqlanan şagirdlər üçün mütaliə saatları müəyyən edilmişdir. Mütaliə saatlarında aldıqları bilgilərdən yararlanan şagirdlər öz fikirlərini plakatlarda əks etdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi