“Yaşıl məktəb - ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsi” adlı layihə yekunlaşmışdır

“Yaşıl məktəb - ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsi” adlı layihə yekunlaşmışdır. Dekabr ayının 8-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Yaşıl məktəb - ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsi” adlı layihə ilə bağlı məktəblilər üçün yekun konfrans keçirilmişdir.
Sentyabr ayından etibarən start verilən layihənin əsas məqsədi nümunəvi ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsinin yaradılması, alternativ enerji meydançasının təşkili, müasir texnologiyaların tətbiqi, davamlı inkişaf naminə fasiləsiz ekoloji təhsilin həyata keçirilməsi, məktəblilərin gələcəkdə cəmiyyətə inteqrasiyası və müstəqil fəaliyyətə cəlb olunması üçün zəmin yaradılması, onlarda ekoloji, sosial və iqtisadi cəhətdən dayanıqlı təsərrüfatçılıq səriştələrinin inkişaf etdirilməsindən ibarət olmuşdur.
Bu layihə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı şəhəri 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Konfransda Bakı şəhəri üzrə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı üzrə 40 ümumtəhsil məktəbində fəaliyyət göstərən ekoklub dərnəklərinin lider və köməkçiləri iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi