Azərbaycan müəllimlərinin XV Qurultayı öz işinə başlamışdır

Azərbaycan müəllimlərinin XV Qurultayı öz işinə başlamışdır. Qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar iştirak etmişlər.
Müəllimlərin ilk qurultayı 1906-cı ildə keçirilmişdir. Ənənəvi olaraq qurultay beş ildən bir keçirilir.
Qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Təhsil Naziri Ceyhun Bayramov, Baş Nazirin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, DİM-nin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak etmişlər.
Tədbirdə Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu oxunmuşdur. Təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, təhsil nazirinin hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq qətnamə qəbul edilmişdir.
Qətnamədə uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq, 5 yaşlıların məktəbəhazırlığının təmin olunması sahəsində tədbirlərin davam etdirilməsi, əhatəliliyin 2020-ci ildə 90 faizə, sonrakı mərhələdə isə 100 faizə çatdırılması, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafı üzrə yeni Proqramın reallaşdırılmasına nail olunması, bütün təhsil pillələri üzrə səriştə əsaslı məzmunun hazırlanması, xüsusilə müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması istiqamətləri öz əksini tapmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi