Metodiki şura üzvlərinin növbəti yığıncağı keçirilmişdir

Məktəbdə metodiki işə rəhbərlik və nəzarəti gücləndirmək, müəllim əməkdaşlığını genişləndirmək məqsədi ilə metodiki şura üzvlərinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda qeyd edilmişdir ki, Metodbirləşmələrin işinin düzgün təşkili məktəbdə təlim-tərbiyə işinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Məktəbdə təlim – tərbiyə sahəsində yüksək nəticələrə nail olmaq üçün müəllimlərin metodiki hazırlığının, pedaqoji ustalığının daim artırılması vacib şərtdir. Elm və texnikanın durmadan inkişaf etdiyi, innovativ islahatların artırıldığı bir dövrdə müəllim öz bilikləri çərçivəsində qapanıb qala bilməz. İndi müəllim novatordur, ona görə də müntəzəm olaraq öz hazırlığını təkmilləşdirməli, öz müəllim həmkarları ilə sıx əlaqə saxlamalı, onlarla fikir mübadiləsi aparmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi