Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində tədbir

Məktəbimizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində məktəb direktorları, müəllimlər və valideynlərin iştirakı ilə görüş – seminar keçirilmişdir. Görüş – seminarda təhsil sahəsində göstərilən elektron xidmətlərin genişləndirilməsi və bu prosesin səmərəliliyinin artırılması istiqamətində şəffaflığa nail olmaq üçün görülən tədbirlərdən danışıldı. Çıxışlarda pedaqoji kadrların işə qəbulu, uşaqların məktəbəhazırlıq qruplarına və birinci sinfə qəbulunun elektron sistem vasitəsi ilə aparılması, məktəb – valideyn əməkdaşlığının genişləndirilməsi, ictimaiyyətə açıqlığın təmin edilməsi qeyd edildi.
Görüş – seminarın sonunda müvafiq mövzular ətrafında müzakirələr aparıldı, yaranmış suallar cavablandırıldı.