Dövlət Bayrağı günü münasibətilə tədbir

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunmuşdur. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
Məktəbimizin şagirdləri də bu günü öz bilik, bacarıq və qabiliyyətlərini nümüyiş etdirərək qeyd etmişlər. İlk səda Tahirə müəllimənin 3-cülərindən gəldi: 
- Rzayeva Aydan, Məmmədova Xədicə, Cabbarlı Zeynəb - rəsm sahəsində, İsmayılzadə Şəms, Orucov Vidadi, Əlizadə Ülvi - gimnastika sahəsində öz məharətlərini göstərdilər.
- Hacıkərimli Toğrul, Əliyeva Nəzrin, İsmayılova Nazirə - əl işləri ilə, Əliyeva Günel – gözəl rəqsi ilə ürəkləri fəth etdi.
- Qədirli Ömər – şahmat yarışında, Mahmudova Əsmər, İsmayılzadə Şəms, Orucov Vidadi, Əlizadə Ülvi – esse müsabiqəsində fərqləndilər.
- Yusifli Sevgi və Quliyev Yunis isə - yazdıqları hekayələri ilə yaddaşlarda qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi