Şagirlərimiz Beynəlxalq festivalda vətənimizi layiqincə təmsil etmişlər

Məktəbimizin rus bölməsində oxuyan 6-cı sinif şagirdləri Abbasov Qaflan və Kşnyakina Nastya 2 - 8 oktyabr tarixlərində İspaniya Krallığının Koste de Sol şəhərində keçirilən uşaq və gənclərin "Tu onda"(Səsin dalğası) Beynəlxalq festivalda vətənimizi layiqincə təmsil etmişlər.Qalib olmaq təcrübəsinə artıq çoxdan yiyələnən Qaflan və Nastya bu yarışmada da yolunu səbirsizliklə gözləyənlərə hədsiz sevinc bəxş etmişlər.Müxtəlif ölkələrdən olan 1500 iştirakçının qatıldığı müsabiqədə ölkəmizi təmsil edən Qaflan və Nastya müsabiqənin xoreoqrafiya bölməsində, "Milli rəqs" nominasiyası üzrə "Azərbaycan ritmləri", "Estrada rəqsləri" nominasiyası üzrə isə "Bal rəqsləri" ilə çıxış etmişlər.Qaflan və Nastya diplom və medallarla mükafatlandırılmışlar. Festivaldakı çıxışları münsiflər heyəti tərəfindən bəyənilmiş və gənc istedadlarımızı İsrail və Belarusda keçiriləcək festivallarda iştirak üçün dəvət etmişlər.