Şagirdimizin uğuru

Şagirdlərimizin qazandığı uğurlar həmişə bizləri sevindirmiş, qəlbimizi qürur hissi ilə doldurmuşdur. İstedadı gizlətmək mümkün deyildir. O nə yay bilir, nə də qış. Məktəbimizin 8 – ci sinif şagirdi Səfərzadə Humay Yeni Azərbaycan Partiyası, Azərbaycan Kitab Mərkəzinin - Azərkitabın və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilmiş Azərbaycan Xalq Cumhuriyyətinin 100 iliyində 1 İyun Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş sərgidə iştirak etmiş, “UşaqlarıSevgimizlə Quruyaq” sərgi – tədbirdə fəal iştirak etmiş, I yerə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə iyun ayının 8-də keçirilmiş Ümummillilider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Respublika orta ümumtəhsil məktəblilərinin şagirdləri arasında keçirilən “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsində fərqlənərək diplomla mükafatlandırılmışdır.
Azərbaycan Rəssamlar İttifaqı və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin birgə dəstəyi ilə “Uşaqlar – Sülhün Kiçik Carçılarıdır ” adlı sərgi – tədbir keçirilmişdir.Tədbir 2018-ci il oktyabr ayının 31-də İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzində baş tutmuşdur. Humay bu yarışda da birinci yerə layiq görülmüş, sertifikat və hədiyyələrlə mükafatlandırılmışıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi