20 yanvar faciəsinin iyirmi altıncı il dönümünə həsr olunmuş şeir müsabiqəsi

20 yanvar faciəsinin iyirmi altıncı il dönümünə həsr olunmuş tədbirlər sırasında məktəbimizdə şeir müsabiqəsi keçirilmişdir.4-10-cu sinif şagirdləri qəhrəmanlıq ruhunda yazılmış şeirləri münsiflər heyətinə təqdim etdilər.Münsiflər heyəti - Azərbaycan dili və ədəbiyyat müəllimləri : Mustafayeva Zemfira xanım,Haqverdiyeva Arifə xanım,Dadayeva Cəvahir xanım, Namazəliyeva Şaiqə xanım, Səfərova Nəzakət xanım çətin seçim nəticəsində 1,2,3-cü yerə layiq görülmüş şagirdləri müəyyən etdilər:Nəbiyeva Fidan (9B), Hüseynov Əliməhəmməd - I yerə ,Zeynalova Jalə(6C),Həsənli Fəxriyyə(8A),Həsənzadə Sevinc(8C) - II yerə, Alıyeva Nərmin (4B), Əliyeva Sürəyya(9C) - III yerə layiq görülmüşlər.