"Bayrağımız qürurumuzdur" adlı təşkilat saatı keçirilmişdir

"Bayrağımız qürurumuzdur" adlı ümumməktəb təşkilat saatının keçirilməsi ideyası Leyla müəllimənin rus bölməsində oxuyan 5-cilərindən gəldi. Tədbirə "Dövlət Himnimizin" səslənməsi ilə başlanıldı. Dövlət bayrağının mavi, al, yaşıl çalarlarında bərq vuran ay - ulduzumuzun işığı altına toplanan 5-cilərimiz bayrağımızın yaranma tarixi ilə tanış oldular, bu barədə eşitdiklərini, axtarıb - arayıb öyrəndiklərini həmyaşıdları ilə bölüşdülər.