"Beynəlxalq Məktəb Kitabxanaçıları Günü" ilə bağlı uğurlarımız

Məktəb həyatını kitabxanasız təsəvvür etmək qeyri-mümkündür. Məktəbdə elə adam tapılmaz ki, yolu kitabxanadan keçməsin. İstər müəllim, istərsə də şagirdlərin sorğularının bir hissəsi məktəb kitabxanasında reallaşır. Elə bir tədbir olmaz ki, orda məktəb kitabxanasının rolu olmasın. Gah hamını dəyirmi masa ətrafına toplayar, gah da oxuduqları əsərlərin təsüratlarını hamılıqla bölüşüb paylaşmağa şərait yaradar.
Məktəbimizin döyünən ürəyinə çevrilən kitabxananın fəaliyyətini öz gündəlik işinə çevirən fədakar işçilər Qurbanova Laçın və Əliyeva Mehriban xanımdırlar. Hər iki xanım qəhrəmanımızı "Beynəlxalq Məktəb kitabxanaçıları Günü" münasibəti ilə təbrik edir, onlara gündəlik işlərində yeni - yeni müvəffəqiyyətlər arzulayırıq.
Onu da qeyd etmək lazımdır ki, Laçın xanım və Mehriban xanımın əməyi dövlətimiz tərəfindən də qiymətləndirilmiş, onlara təşəkkür elan edilmiş, "Kitabxana əlaçısı" adı verilmişdir.