“Beynəlxalq məktəb kitabxanaçıları günü” çərçivəsində tədbir

Daha bir məktəb tədbiri məktəbimizin kitabxanaçıları Laçın və Mehriban xanım tərəfindən keçirildi. “Beynəlxalq məktəb kitabxanaçıları günü” çərçivəsində təşkil olunmuş tədbirdə şagirdlər oxuduqları əsərlərin qəhrəmanlarını rəsmlərin dili ilə tərənnüm etdilər. Tədbirdə 3a sinif şagirdləri – Mahmudova Əsmər,Məmmədova Xədicə, Yusifli Sevgi, Rzayeva Aydan, Cabbarlı Zeynəb xüsusilə fərqlənmişlər.
İsmayılzadə Şəms, Cavadov Əli, Abbaszadə Səməndər, Quliyev Yunis, Orucov Vidadi – “Mənim fikrimcə məktəb kitabxansı” mövzusunda dəyirmi masa ətrafında birləşərək, kitab mütaliəsi zamanı aldıqları təsüratları həmyaşıdları ilə bölüşdülər, bu işdə məktəb kitabxanasının və kitabxana işçilərinin əvəzsiz köməyini qeyd etdilər.