18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. 18 Oktyabr məhz belə tarixi günlərdən biridir.
18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günüdür . Bu məqsədlə məktəbimizin şagirdləri “Müstəqilliyimiz əbədidir” mövzusu ilə dəyirmi masa ətrafında toplaşmışlar. Toplantıda məktəbin tarix müəllimi Zimirxan Əliyev və coğrafiya müllimi Arzu Alışqızı iştirak etmişlər. Müzakirələrdə bir daha qeyd edilmişdir ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr apararaq 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi. Konstitusiya Aktı 360 deputatda 258 lehinə olmaqla qəbul edildi. Konstitusiya Aktında göstərilmişdir ki, Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilmişdir.