“Səmti müəyyən etmə” idman növü üzrə növbəti açıq respublika çempionatı keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səmti Müəyyənetmə İdman Federasiyasının təşkilatçılığı ilə 6-7 oktyabr 2018 il tarixlərində Xaçmaz rayonunda “Səmti müəyyən etmə” idman növü üzrə növbəti açıq respublika çempionatı keçirilib.
Müxtəlif yaş qrupunda olan iştirakçılar iki gün ərzində fərdi və komanda şəklində orta və uzun məsafələr üzrə yarışlarda mubarizə aparıblar. Yarışa 200-ə qədər idmançı qatılıb.
Respublika Uşaq –Gənclər İnkişaf Mərkəzinin Eko-klub üzvü, Vüqar Sadıqov adına 214 nömrəli tam orta məktəbin şagirdi Eldar Qaravəliyev çempionatın “Junior” kateqoriyası üzrə gərgin mübarizə şəraitində keçən yarışında birinci yeri qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi