Xocalı soyqırımının 23-cü ildönümü

O gündən 23 il keçir! 23 il - tariximizin qan yaddaşından silinməyən acı qismət yazısından ötən vaxt! Xalqımızın qəhrəman oğul və qızları! Tariximizin qan yaddaşının qəhrəmanlıq səlnaməsi səhifəsinə qələbə möhrünü vurmaqda əzminiz mətin olsun!Bu sözlər 214 saylı məktəbin Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbirdə səslənmişdir. 214 №-li məktəbin şagird və müəllim kollektivi Dünya Azərbaycanlılarını bu ədalətsizliyə qarşı səslənmiş bununlada Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Gənclərinin lideri Leyla Əliyevanın “Xocalıya Ədalət” kompaniyasında iştirak edərək həmrəylik göstərmişlər.