Məktəbimizdə asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 16 fevral 2018-ci il tarixli F-84 №-li əmri ilə təsdiq olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin100 illik yubileyinin keçirilməsi barədə” Tədbirlər Planına əsasən məktəbimizdə asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqəni təşkil etməkdə məqsəd gənclərə cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onların arasında maariflənmə işini gücləndirməkdir. Müsabiqədə 14 sinif iştirak etmişdir. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışdır.