II və III ixtisas qrupları abituriyentləri üçün qəbul imtahanı keçirilmişdir
13 May 2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları abituriyentləri üçün qəbul imtahanı keçirilmişdir. Dövlət İmtahan Mərkəzi mayın 13-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 15-də elan etmişdir. Məktəbimizin 11-ci sinif məzunu Əhmədova Leyli Əhməd qızı imtahalarda iştirak etmiş və təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək və maksimum nəticə - 700 bal toplamışdır.
Səni təbrik edirik Leyli! Uğurların bol olsun!