"Yaşıl Şəbəkə" adlı Ekoklub üzvlərinin III forumu keçirilmişdir

Azərbaycan RespublikasıTəhsil Nazirliyinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyəti ilə Azərbaycan Respublikası gənc təbiətçilər hərəkatının yaradılmasının 95 illiyinə həsr olunmuş "Yaşıl Şəbəkə" adlı Ekoklub üzvlərinin III forumu keçirilmişdir. Forumda 8-ci sinif şagirdi Rəhimov Teymur Ağadadaş oğlu çixiş etmiş, məktəbin ekoklub üzvlərinin qazandığı nailiyyətlərindən danışmışdır.O, bildirmişdir ki, məktəb Ekoklubunun sədri Təbriz Süleymanlıdur. Məktəbin Ekoklubunun 32 üzvü vardır. 
2017-2018-ci dərs ilində Ekoklub üzvləri müxtəlif tədbirlərdə iştirak etmişdidir. Fevral ayının 14-də Beynəlxalq Kitab bağışlama günündə, fevralın 21-də Ümumdünya Bələdçi Gününə həsr olunmuç "Gənc Bələdçi" adlı videoçarx müsabiqəsində, "Səmti müəyyən etmə" növü üzrə yarışda, aprelin 22-də "Yer Kürəsi Günü" yaradıcılıq müsabiqəsində iştirak etmişlər. "Gənc bələdçi" adlı videoçarx müsabiqəsində Ekoklubumuzun üzvü Qaravəliyev Eldar III yerə layiq görülmüşdür. Ekoloji yönümlü və Enerji Effektli məktəblərin Yaşıl Şəəkəsi Layihəsində "Məktəbin Yaşıl Güşəsi" nominasiyası üzrə məktəbimiz I yerə layiq görülmüş və diplomla mükafatlandırılmışdır.
Çıxışın sonunda Ekoklub üzvləri adından Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciətlər qəbul edilmiş və Ekologiyanın bir fən kimi Tədris Proqramına daxil edilməsi, Milli Parklara ekskursiyaların təşkil edilməsi təklif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi