"Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır" mövzusunda seminar keçirilmişdir

«Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza bahabaşa gələ bilər. Azərbaycanlılara qarşı zaman- zaman tördilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir».Heydər Əliyev
Ulu öndərimizin bu sözlərini rəhbər tutaraq məktəbimizin tarix müəllimi Mehriban İzmayılovanın 5-8 - ci sinif şagirdləri ilə seminar dərs aparmışdır. Onun keçirdiyi seminar dərs "Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır" adlanırdı.