“Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramının həyata keçirilməsi

Ekologiyada olan problemlər bəşəriyyət qarşısında duran vacib problemlərdən biri kimi məktəbimizin hər bir üzvünü düşündürür və bu işdə hərə öz töhfəsini verməyə çalışır. Məktəbdə yaradılmış Ekoklub və onun üzvləri məktəbi yaşıllaşdırmaqla, kağız qırıntıları toplayıb təkrar emala verməklə, artıq enerji, su sərfiyyatının qarşısını almaqla ilk növbədə məktəbin, sonra da ətraf aləmin ekolodiyasını qorumağa çalışırlar.
Məhz buna görə də məktəbimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramının həyata keçirilməsində 4 nominasiya üzrə qalib olmuşdur.