Hüseyn Cavid yaradıcılığı haqqnda dəyirmi masa

Məktəbimizin gənc ədəbiyatçiları Cavid yaradıcılığının işığına toplaşaraq dəyirmi masa ətrafında bir daha öz fikirləri ilə paylaşdılar. Müəllimlərinin verdiyi tövsiyələrlə şagirdlər bir daha bildilər ki, Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutaraq ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyası mühüm rol oynamışdır.