“Elektron sınaq qiymətləndirmə” layihəsi

Hazırda Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Bununla əlaqədar məktəbimizdə “Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi”ndə qalib olmuş “Elektron sınaq qiymətləndirmə” layihəsi çərçivəsində 22 sentyabr – 22 dekabr dövrü ərzində görülmüş işlərin hesabtı dinlənilmiş, əldə edilmiş nəticələrdən, təhsilin keyfiyyətini şərtləndirən amillərdən danışılmışdır.
Yaradılmış müasir qiymətləndirmə mexanizminin uğurlu tətbiqi nəticəsində layihəyə cəlb edilmiş məktəblər üzrə şagird nailiyyətləri, inkişaf dinamikası barədə obyektiv məlumatların qısa müddətdə əldə edilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin və müvafiq hesabatların vaxtında hazırlanması, şagirdlərlə məqsədyönlü işin təşkilinə geniş imkanların yaradılmsı da diqqət mərkəzində olmuşdur.