Azərbaycan Müəllim İnkişafı Mərkəzinin Rus və Azərbaycan bölmələri üçün təlimləri

Azərbaycan Respublikası Təhsil nazirinin 28 avqust 2017-ci il tarixli, 261 nömrəli əmrinə əsasən “Təhsildə keyfiyyət ili” çərçivəsində müəllimlərin peşəkarlıq fəaliyyətinin artırılması məqsədilə məktəbimizdə AMİM-in (Azərbaycan Müəllim İnkişafı Mərkəzi) Azərbaycan və Rus bölmələri üçün təlimləri təşkil edilmişdir. “Sinifin effektiv idarə olunması”, “Planlaşma və dərsə hazırlıq” və “Səmərəli əks-əlaqə-şagirdlərin öyrənmə prosesini necə yaxşılaşdırmalı” blokları üzrə təlimlər keşirilmişdir.