Şagirdlər ekoloji təmiz məhsullara səs verirlər.
2015-ci il Azərbaycan Respublikasında "Kənd təssərüfatı ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təssərüfatı kənd məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakının təmin edilməsi və bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi nəzərdə tutulub."Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda 8Ç sinifində keçirilən tədbir şagirdlər və sinif rəhbəri, biologiya müəllimi Ağamirova Aidə xanım tərəfindən hazırlanmışdır.Uşaqlar mövzu ilə bağlı maraqlı fikir mübadiləsi apardılar.Uğurlar!