Məktəbimizdə “Ağ ölümün qara fəsadları!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının 2017-ci ilin iş planına uyğun olaraq Rayon Gənclər və İdman İdarəsi ilə birgə məktəbdə yuxarı sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə “Ağ ölümün qara fəsadları!” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov açaraq narkomaniya və onun ağır fəsadları haqqında geniş məlumat verib.
Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev tədbirdə çıxış edərək bildirib ki, zərərli vərdişlərə aludəçilik sonda insan şəxsiyyətinin həm mənəvi, həm də fiziki məhvinə gətirib çıxarır.
Tədbirdə həmçinin Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Mustafazadə və məktəbin direktor müavini Arzu Alışqızı da çıxış ediblər.