“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində şagirdlərimiz Lənkəran-Masallı-Astara bölgəsinə yola salınıblar


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları keçirilir.
Növbəti tur-aksiyada məktəbimizin ən fəal şagirdlərini Lənkəran-Masallı-Astara bölgəsinə yolasalınma mərasimi keçirilib.
Şagirdlərimiz səfər etdikləri bölgələrdə Heydər Əliyev mərkəzlərini, parkları, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini və digər görməli yerləri ziyarət edəcək, bunun isə onların dünyağörüşlərinin artırılmasında mühüm əhəmiyyət daşıyacaqdır. 
Yolasalma mərasimi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkil etdiyi konsert proqramı ilə davam edib.
Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara bölgəsinə yola düşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi