“Bayrağımız qürur mənbəyimizdir” adlı dəyirmi masa təşkil edilmişdir

Bu gün məktəbimizdə 9 Noyabr Bayraq Gününə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” adlı dəyirmi masa təşkil edilmişdir.Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişdir.Tarix müəllimi S.Ə.Məhərrəmov dövlət bayrağı haqqında məlumat verərək bildirdi ki, bayraq siyasi-ideoloji, mənəvi baxımdan bir millətin və milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir. Bayraq dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi, olduğundan ona hörmət etmək və ehtiram göstərmək hər birimizin mənəvi borcudur.