9 Noyabr Dövlət Bayrağı günüdür

Azərbaycanın üçrəngli Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmişdir. Bu gün münasibətilə məktəbimizdə ibtidai sinif şagirdlərinin iştirakı ilə "Mənim bayrağım" adlı rəsm - şer müsabiqəsi keçirmişdir. Şagirdlər Azərbaycan bayrağı haqqında şerlər söyləmiş, öz əl işlərini nümayiş etdirmişlər.