“Uşaq hüquqları aylığı” mövzusunda dəyirmi masa

Azərbaycanda uşaq hüquqlarının qorunması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Dövlətimiz uşaq hüquqlarının təmin edilməsinə, bu yöndə qanunvericilik bazasının təkmilləşdirilməsinə çox ciddi önəm verir. Təsadüfi deyilki, parlament uşaq hüquqları ilə bağlı bütün sazişlərə, konvensiyalara qoşulub, lazımi qanunları qəbul edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq hüquqlarının qorunması istiqamətində bir sıra işlər görülüb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə BMT- nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 25 ili tamam olur. Bununla əlaqədar olaraq, 2017–ci il 20 oktyabr-20 noyabr tarixlərində ölkədə “Uşaq hüquqları aylığı” elan edilmişdir. Bu məqsədlə məktəbimizdə “Hüquqlarımızı tanıyaq və qoruyaq” mövzusunda dəyirmi masa və “Hüquqlarımız və vəzifələrimiz” mövzusunda anket sorğu keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi