Məktəbimizin idman uğurları səhifəsinə daha bir qələbə müjdəsi yazılmışdır

Məktəbimizin idman uğurları səhifəsinə daha bir qələbə müjdəsi yazılmışdır. Məktəbimizin 6 “B” sinif şagirdi Ramazanzadə Nahid Mahir oğlu və 3 “C” sinif şagirdi Ramazanzadə Turan Mahir oğlu Türkiyənin İstanbul şəhərində keçirilən Dünya çempionatında bütün rəqiblərinə qalib gəlmiş, Fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq “Qızıl medala” layiq görülmüşlər. Qələbələrinizin sayı bol olsun!