“Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi” mövzusunda layihə davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib layihələrdən biri də məktəbimzin informatika müəllimi Vəfa Vəliyeva tərəfindən həyata keçirilir. “XXI əsrin innovativ şagirdləri” mövzusunda təklif olunan layihədə məqsəd ümumi təhsil məktəblərinin şagirdlərini “Vebiki” alətləri ilə tanış etmək, layihə çərçivəsində şagirdlərin bilik və bacarıqlarını oyunlar vasitəsilə dərinləşdirməyə çalışmaq, müasir dövrə adaptasiyasına nail olmaqdır.