“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı yığıncaq keçirilmişdir

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar olaraq məktəbimizdə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı partiya fəallarının iştirakı ilə yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə məktəbin direktoru, “Odlar Yurdu” partiya təşkilatının sədri Esmira Ağayeva açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs etdi. Yığıncaqda Nizami rayon YAP təşkilatının baş təlimatçısı Əhmədova Lamiyə Rövşən qızı, təlimatçılar Feyziyeva Günel Arif qızı və Əliyeva Tünzalə İntiqam qızı da iştirak etmişlər. Yığıncaqda məktəbin bir qrup partiya fəalı “Fəxri fərman”la mükafatlandırılmış, yenilikçi gənclər isə Yeni Azərbaycan Partiyası sıralarına qəbul olmaq üçün məktəb və Nizami rayon YAP təşkilatına ərizə ilə müraciət etmişlər.