“Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi” mövzusunda layihə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi”ndə məktəbimzin informatika müəllimi Vəfa Vəliyeva iştirak etmişdir və “XXI əsrin innovativ şagirdləri” mövzusunda layihə təkliflərini irəli sürmüşdür. Layihə çərçivəsində o, məktəbin müxtəlif yaş qruplarına aid şagirdləri dəyirmi masa ətrafında birləşdirərək öz ideyalarını gerçəkləşdirməyə çalışmışdır.