Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisi keçirildi

6-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisi keçirildi. Sərgi “İnsan kapitalı sərvətimizdir”devizi altında təşkil olunmuşdur.Sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunmuşdur. Ötən illərlə müqayisədə Təhsil Nazirliyinin bu il daha geniş sahəni əhatə etmişdir. Sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil-sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipl məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim edilmişdir. Burada təşkil edilmiş lektoriyada mühazirələr oxunmuş, startapçılar çıxış etmiş, təqdimatlar nümayiş olunmuşdur. Səhnədə isə respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə iştirakçıları öz bacarıqlarını təqdim etmiş və milli rəqslər nümayiş olunmuşdur.İştirakçı qismində 214 №-li məktəbin direktoru, ibtidai sinif müəllimi Nahidə Hüseynova, məktəbin şagirdləri-Abbasov Qaflan Anar oğlu, Əlixanova Əsmər Nizami qızı və Abbasova Leyli Vüqar qızı, ziyarətçi qismində isə məktəbin direktor müavini Arzu Alışqızı, 30-dan çox şagird və valideynlər iştirak etmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi