5 oktyabr Müəllimlər Günüdür

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, dünya görünüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir – “Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir. Şəxsən mənim müəllimə həmişə böyük hörmətim olubdur”.. Əziz müəllimlərimiz bayram münasibətilə hər birinizə can sağlığı, uzun ömür arzulayırıq. Bu münasibətilə məktəbimizin foyesində divar qəzetləri təşkil edilmişdir.