Məktəbdə pedaqoji şuranın iclası keçirildi

Sentyabrın 26-da məktəbdə 2017-2018-ci tədris ilində Pedaqoji şuranın iclası keçirildi. İclasda gündəlikdə duran məsələlərlə yanaşı, 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə və Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası təhsil nazirinin əmrləri də pedaqoji kollektivin diqqətinə çatdırıldı.