1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Məktəbin Fəaliyyət Planının 1.3.28-ci bəndinə uyğun olaraq 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə ədəbi-bədii kompozisiya keçirilmişdir. Bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə uşaqların sağlam, vətənə layiqli övlad kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Əziz uşaqlar bayramınız mübarək.