"Bitkilər və onların insan sağlamlığında rolu " mövzusunda hazırladıqları layihənin təqdimatı keçirildi

2016/2017-ci tədris ilinin yanvar ayından etibarən “Ekoloji aylıqlar” layihəsinə start verilmişdir. 2016/2017-ci tədris ilinin may ayı “Bitkilər və onların insan sağlamlığında rolu " aylığı olaraq müəyyənləşdirilmişdir. May ayının tədbirlər planına uyğun olaraq, I-IV sinif şagirdlərinin iştirakı ilə "Bitkilər və onların insan sağlamlığında rolu " mövzusunda hazırladıqları layihənin təqdimatı keçirildi.Şagirdlər dibçəklərdə gül əkirlər və hər gül haqqında təqdimat hazırlayırlar. Əkilən güllər siniflərdə və dəhlizlərdə nümayiş etdirilmişdir.