“Bitkilər və onların insan sağlamlığında rolu” layihəsində müxtəlif tədbirlər həyata keçirilir
2016/2017-ci tədris ilinin may ayı "Sağlam həyat tərzi" aylığı olaraq müəyyənləşdirilmişdir. May ayının tədbirlər planına uyğun olaraq “Bitkilər və onların insan sağlamlığında rolu” layihəsində müxtəlif məzmunlu tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 2-ci siniflər arasında gül əkmə olmuşdur. Şagirdlər böyük həvəslə məktəbin həyətində rəngarəng güllər əkmişlər.