6 "Ə" sinfində Rus dili və ədəbiyyatı fənnindən illik proqram materiallarının yekun sorğusunu aparmışdır

Məktəbin Fəaliyyət Planının 1.1.4.4- cü bəndlərinə müvafiq olaraq ana dili, riyaziyyat, coğrafiya və xarici dil fənləri üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış test imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə illik paroqram materialları yekunlaşmaq üzrə olduğundan hər bir fənn üzrə mövzuların təkrarı aparılır. Aydın olmayan materiallar bir daha müzakirə olunur, yaddan çıxmış tapşırıqlar üzərində çalışmalar yerinə yetirilir. Nəsirova Marina müəllimə 6Ə sinfində Rus dili və ədəbiyyatı fənnindən illik proqram materiallarının yekun sorğusunu aparmışdır. Frontal sorğuda həm yazılı, həm də şifahi mövzu və tapşırıqlar öz əksini tapmışdır.