“Ekoklub” üzvlərinin II Ekoloji Forumunu təşkil edilmişdir

Məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək və ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin və “Ekoklub” üzvlərinin II Ekoloji Forumunu təşkil edilmişdir. “Yaşıl şəbəkə” devizi altında “Ekoklub” üzvlərinin II Ekoloji Forumunun keçirilməsində məqsəd gənclərin ekoloji hərəkatının və “Ekoklub”lar şəbəkəsinin genişləndirilməsi, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasından ibarət olmuşdur. Məktəbin 7 "Ç" sinif şagirdi Rəhimov Teymur Ağadadaş oğlu “Ekosmayl” ekoloji klubun lideri kimi həmin tədbirdə iştirak etmişdir. Məktəblilər ekologiyanın qorunması ilə bağlı iştirak etdikləri aksiyalardan danışıb, təkliflər səsləndiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi