“İdman uşaqların gözü ilə” rəsm sərgisi keçirilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyası ilə birgə voleybol idman növü üzrə festival keçirilmişdir. Festival çərçivəsində “İdman uşaqların gözü ilə” rəsm sərgisi keçirilmişdir. 12-17 yaş qrupları üzrə məktəbimizin 9d sinif şagirdi Bilalov Samir Fariz oğlu müsabiqədə I yerə layiq görülmüşdür. Şagirdimiz diplom və mükafatla təltif olunmuşdur.