Məktəbimizdə “İslam həmrəyliyi ili” çərçivəsində tədbir keçirilmişdir

Məktəbimizdə “İslam terrora yox deyir!” mövzusunda maarifləndirici tədbir – dəyirmi masa keçirilmişdir. Məktəbin direktoru Esmira Ağayeva tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, yeniyetmə-gənclərin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyllərin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi, onların qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması istiqamətində maarifləndirici tədbirlərin xüsusi əhəmiyyəti vardır. Lakin indiki zamanda məsələlərə yanaşma, həmçinin müxtəlif müzakirələrin aparılması yeni metodlar tələb edir. Bu baxımdan bugünkü tədbirimiz yeni formada – şagirdlərin təqdimatı vasitəsilə təşkil olunmuşdur. Məktəbimizin şagirdləri dini radikalizm və ekstremizm, onun fəsadları, habelə islamda milli-mənəvi və əxlaqi dəyərlər haqqında apardığı araşdırmaların nəticəsi olaraq xüsusi təqdimatlarını, məlumatlarını vermiş, həmçinin onların hazırladığı video-çarx nümayiş olunmuşdur.Tədbirdə məktəbin direktoru Esmira Ağayeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşları Aslan Sultanov, Fidan Aslanova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış etmiş, İslam dininin dostluq, barış və sülh dini olmasını tarixi faktlarla tədbir iştirakçılarına çatdırmışlar. Diskussiya şəklində keçən tədbirdə şagirdlərin sualları cavablandırılmış, bir sıra zəruri məsələlər ətrafında müzakirələr aparılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi