Kimya fənnindən "açıq dərs" keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Aprel ayı məktəbdə kimya aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə interaktiv təlim üsulu ilə keçirilmiş bir sıra dərslər dinlənildi, şagirdlərdə maraq doğuran müasir dövrlə səsləşən tədbirlərə baxış təşkil olundu. Aprelin 27-də məktəbin kimya müəllimi Rima Baxşəliyeva 9 "B" sinif şagirdlərinə ”Qeyri üzvi kimya ilə üzvü kimya arasında əlaqə” mövzusunda maraqlı təcrübələr nümayiş etdirilmiş, mövzu şagirdlərlə müzakirə olunmuşdur.