2 "A" sinfində “Zəhmət, Zinət və Şikayət dəftəri” mövzusunda açıq dərs keçirmişdir

Məktəbin illik Fəaliyyət Planına müvafiq olaraq şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu bacarıqlarının öyrənilməsi və qiymətləndirilməsi məqsədilə bu həftə ibtidai siniflərdə "açıq dərs"lərimiz davam edir. İbtidai sinif müəlliməsi Həsənova Səadət 2 "A" sinfində “Zəhmət, Zinət və Şikayət dəftəri” mövzusunda "açıq dərs" keçirmişdir. "Açıq dərs"də məktəbin direktoru Təlim-tərbiyə işləri üzrə direktor müavini V.Bayramova və kitabxana müdirinin müavini M.Əliyeva iştirak etmişlər.