4 "B" sinfində “Cəlil Məmmədquluzadənin hekayələri” mövzusunda "açıq dərs" keçirilmişdir

Məktəbin illik Fəaliyyət Planına müvafiq olaraq şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu bacarıqlarının öyrənilməsi və qiymətləndirilməsi məqsədilə bu həftə ibtidai siniflərdə "açıq dərs"lərimiz davam edir. İbtidai sinif müəlliməsi Cəbrayılova Şəhla 4 "B" sinfində “Cəlil Məmmədquluzadənin hekayələri” mövzusunda "açıq dərs" keçirmişdir. "Açıq dərs"də məktəbin direktoru Təlim-tərbiyə işləri üzrə direktor müavini V.Bayramova və kitabxana müdiri L.Qurbanova iştirak etmişlər.